Stoltenberq: "Ukrayna ərazilərini azad etdiyini görmək ümidvericidir"

DÜNYA 09 noy 2022, 22:59
“Görürük ki, ukraynalılar rus qoşunlarını cənubda - Xerson ətrafında da geri otuzdura bilirlər”.

Bunu NATO Baş katibi Yens Stoltenberq Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşdən sonra jurnalistlərə bildirib.

"Biz bu bəyanatı eşitdik, lakin təbii ki, gözləyəcəyik və nə baş verdiyini görəcəyik. Rusiya əvvəlcə şimaldan Kiyev ətrafında sıxışdırıldı, sonra şərqdə Xarkov ətrafında və yavaş-yavaş görürük ki, ukraynalılar rus qoşunlarını cənubda - Xerson ətrafında da geri otuzdura bilirlər. Beləliklə, cəsur Ukrayna hərbçilərinin Ukrayna ərazilərini azad etdiyini görmək ümidvericidir, Ukrayna silahlı qüvvələrinin əldə etdiyi qələbələr, nailiyyətlər cəsur, qorxmaz Ukrayna əsgərlərinə məxsusdur. Lakin təbii ki, onların Böyük Britaniyadan, NATO müttəfiqlərindən və tərəfdaşlarından aldıqları dəstək də vacibdir. Beləliklə, bu səhər burada - Böyük Britaniyada gördüyüm Ukrayna hərbçilərinin təlimi də daxil olmaqla, verdiyimiz bütün dəstək vacibdir, bu dəstək davam edəcək. Xerson ətrafındakı vəziyyətə gəlincə isə bu, Ukraynanı dəstəkləməyə davam edəcəyimiz mesajıdır" – deyə Stoltenberq vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top