Rəşad Dağlının qətlə yetirdiyi şəxs məşhur meyxanaçının yaxın qohumudur

GÜNDƏM 09 noy 2022, 11:05
Rəşad Dağlının qətlə yetirdiyi şəxs meyxanaçı Ələkbər Yasamallının bibisi oğludur.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1979-cu il təvəllüdlü Mehtiyev İskəndər Namiq oğlu gecə saatlarında 1984-cü il təvəllüdlü Rəşad Əmirova (Rəşad Dağlı) zəng edib və mübahisə edib. 

Mübahisə zamanı o, R.Dağlıya ağır söyüşlər söyüb və təhqir edib. 

R.Dağlı söyüş və təhqirlərə dözməyərək, İ.Mehtiyevdən ünvan soruşaraq ora gedib. Telefonda yaranan mübahisə üzbəüz davam edib və nəticədə R.Dağlı İ.Mehtiyevə bıçaq zərbəsi vuraraq öldürüb. 

R.Dağlı hadisəni törətdikdən sonra dərhal ərazi üzrə polis bölməsinə gedərək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top