Ukrayna səfiri Zəfər Günü ilə bağlı paylaşım edib

GÜNDƏM 08 noy 2022, 18:15
"30 il əvvəl ukraynalılar Azərbaycan torpağını müdafiə etdiyi kimi, bu gün də bir çox Azərbaycan əsilli döyüşçülər Ukrayna torpağını rus işğalçılarından fədakarlıqla, qəhrəmancasına müdafiə edirlər".

Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "Facebook"da paylaşımında bildirib.

"Noyabrın 8-də Azərbaycan əsas milli bayramlarından birini - Zəfər Gününü qeyd edir!

Bu zəfəri həm İkinci, həm də Birinci Qarabağ müharibələrinin qəhrəmanları qazanıblar, onların arasında çoxlu ukraynalılar da var idi. Onlardan biri də öz həyatı bahasına mülki insanları müharibə şəraitində olan Qarabağdan xilas edən Azərbaycan Respublikasının Milli Qəhrəmanı Viktor Seryogindir.

Bu gün Şəhidlər Xiyabanında V.Seryoginin qızı və həyat yoldaşı, diplomatik müəssisənin əməkdaşları, o cümlədən Sumqayıt şəhər İ.Franko adına Ukrayna İcmasının rəhbəri Tamilla Musayeva, Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulu Mehrəli Qasımov, Ukrayna Ticarət Evinin Direktoru Əlibala Məhərrəmzadə və Ukrayna Mərkəzinin Direktoru Aleksandr Klassenin iştirakı ilə milli qəhrəmanların və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü müdafiə edən hər kəsin xatirəsini ehtiramla yad ediblər.
Simvolikdir ki, 30 il əvvəl ukraynalılar Azərbaycan torpağını müdafiə etdiyi kimi, bu gün də bir çox Azərbaycan əsilli döyüşçülər Ukrayna torpağını rus işğalçılarından fədakarlıqla, qəhrəmancasına müdafiə edirlər.

Yaşasın Qəhrəmanlar!", - ukraynalı diplomat paylaşımında qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top