Gəncədə minik avtomobili aşıb, xəsarət alanlar var — FOTO

HADİSƏ 08 noy 2022, 08:53
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Əlillərin dairəsi” adlan ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Toyota Prado” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü və bir sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top