Zelenski: “Bizim sübutlarımız var”

DÜNYA 04 noy 2022, 21:35
Ukrayna prezidenti Volodomir Zelenski Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəsmiləri tərəfindən Ukraynada aparılan araşdırmalar nəticəsində nüvə fəaliyyətinə dair dəlil və ya material aşkar edilmədiyini açıqlayıb.

Demokrat.az xəbər verir ki  Zelenski videomüraciətində Rusiyanın çirkli bomba iddiaları və Ukraynanın araşdırma tələbi ilə MAQATE ekspertlərinin ölkədəki 3 obyektdə apardığı araşdırmalar zamanı nüvə fəaliyyətinə rast gəlinmədiyini bildirib:

“Biz dəvət etdik. MAQATE-nin müvafiq obyektlərdə yoxlamasını tələb etdik. Bizdə aydın və təkzibedilməz sübutlar var ki, Ukraynada heç kim heç vaxt çirkli bomba istehsal etməyib və ya istehsal etməyəcək".

 Moskva administrasiyasının “çirkli oyun”un ardınca getdiyini deyən dövlət başçısı Rusiyanı Ukraynaya qarşı terror hücumları təşkil etməkdə ittiham edib.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top