“İran din pərdəsi altında Azərbaycanda dövlət çevrilişinə cəhd edir” — AÇIQLAMA

GÜNDƏM 02 noy 2022, 23:39
Dövlət Təhlükəsizlik Xidmətinin İranın ölkəmizdəki agentura şəbəkəsini ifşa etməsi ölkə gündəminin ən çox müzakirə edilən mövzusuna çevrilib. Ölkədə bu cür şəbəkələrin fəaliyyətinin həddən artıq çox olması və zaman-zaman müxtəlif təxribatlara cəhd göstərilməsi onların kökünün birdəfəlik kəsilməsini zəruri edir. Bəs bu cür agentura şəbəkələrinə qarşı mübarizədə dövlətlə yanaşı cəmiyyət hansı yolu seçməlidir?  

Politoloq Sədrəddin Soltan bildirib ki, İran Azərbaycana qarşı ideoloji təxribatla məşğuldur: “Din pərdəsi altında əslində Azərbaycan dövlətinin quruluşunu dəyişməyə cəhd göstərir. Yəni Azərbaycanda dövlət çevrilişinə cəhd edir. Bununla bağlı İslam İnqilabı Doktrinasının yayılması ilə məşğuldurlar. Bu istiqamətdə Azərbaycanda fəaliyyət göstərən adamlardan biri də İranın  Ali liderinin Azərbaycandakı nümayəndəsi Ocaq Necat olub. Bu şəxs Azərbaycandan belə “fəaliyyətinə” görə qovulub. Ocaq Necatın Azərbaycandakı fəaliyyətinin əsas istiqamətlərindən biri də, ölkədə İranyönümlü “5-ci kolon”u yaratmaq olub. Ocaq Necat ölkədən qovuldudan sonra bu kalonun və ideologiyanın üzvlərinin müəyyən olunması, onların təmizlənməsi prosesinə başlanılıb. DTX-nın keçirdiyi əməliyyat isə bu tədbirlərdən biridir”.

Politoloq əlavə edib ki, İranyönümlü şəxslər daim Azərbaycanda xaos yaratmağa cəhd göstəriblər: “Bir müddət əvvəl metroda və küçələrdə guya Azərbaycanda “Allahsızlıq” var adı ilə şüralar səsləndirirdilər. Bununla da ölkədə xaos yaratmaq, İranı təbliğ etmək istəyirdilər. İranı Azərbaycanda təbliğ etmək, Ermənistanın müdafiəsi deməkdir. Çünki İran hakimiyyəti Ermənistanı Azərbaycana qarşı hazırlamaqla məşğuldur. Ona görə də, bu agentura şəbəkəsinin aradan götürülməsi Azərbaycanda Ermənistanı müdafiə edə biləcək potensial insanların təmizlənməsi anlamına gəlir. Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımı addımları atmalıdır və bu, onun bütün formalarda borcudur”./Konkret.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top