Müharibə zamanı Ukraynada ölən mülki vətəndaşların sayı açıqlandı

DÜNYA 01 noy 2022, 23:40
BMT rəsmiləri  Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalı nəticəsində 6430 ukraynalının öldüyünü təsdiqləyib.

Demokrat.az Unian.net-ə istinadən bildirir ki,  9865 mülki vətəndaşın isə yaralanması faktı qeydə alınıb.

BMT-nin yaydığı məlumatda bildirilir ki,  oktyabrın 1-dən 30-dək ukraynalılar arasında 274 ölüm, 769 yaralanma halı olub.

Eyni zamanda, BMT bəzi yerlərdən məlumatların olmadığı və ya gec gəldiyi üçün real rəqəmlərin daha çox olduğuna diqqət çəkib.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top