Messi bu kluba keçməyə yaxındır — Atası danışıqlar aparır

İDMAN 31 okt 2022, 18:00
PSJ-nin hücumçusu Lionel Messi 2023-cü ilin yayında Fransa klubu ilə müqaviləsi başa çatdıqdan sonra "İnter Mayami"yə keçə bilər.

Demokrat.az
xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu, argentinalı üçün ən çox ehtimal olunan karyera yoludur. O, həmçinin PSJ ilə müqaviləsini uzada və ya Barselonaya qayıda bilər.

Bildirilir ki, Messi və klub nümayəndələri bir neçə ildir ki, belə bir keçidi müzakirə edirlər və hər dəfə belə bir transferin olma ehtimalı artır. Devid Bekhemlə birlikdə "İnter Mayami"nin sahibi olan Xorxe və Xose Mas Messinin atası Xorxe Messi ilə danışıqlar aparır.

Argentinalı ulduzun sözügedən kluba keçməyə yaxın olduğu vurğulanıb.

Qeyd edək ki, Messi bu mövsüm bütün turnirlərdə 17 oyunda 12 qol vurub və 13 məhsuldar ötürmə edib./Offsideplus.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top