Elman Həsənov vəzifəsindən azad edildi

İKT 24 okt 2022, 09:51
“Aztelekom” MMC-də kadr dəyişikliyi olub.

Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Aztelekom” MMC-nin Baş direktorunun müavini Elman Həsənov vəzifəsindən azad edilib.

Məlumatı “Aztelekom” MMC-nin mətbuat xidmətindən Oxu.Az-a təsdiq ediblər.

Qurumdan bildirilib ki, E.Həsənov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin daxilində başqa vəzifəyə təyinatı ilə əlaqədar olaraq 21.10.2022-ci il tarixindən etibarən “Aztelekom” MMC-dəki fəaliyyətini dayandırıb. 

Elman Həsənov peşəkar fəaliyyətini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu olan “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində Baş direktorun müavini olaraq davam etdirəcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top