Şahin Bağırov gömrük postunda mövcud vəziyyətlə tanış oldu

SAHİBKARLIQ 21 okt 2022, 18:05
DGK sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov gömrük postunda mövcud vəziyyətlə tanış olub.

Bu barədə Demokrat.az-a DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat daxil olub.

Oktyabrın 21-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Cənub Ərazi Baş Gömrük İdarəsinin İran İslam Respublikası ilə sərhəddə yerləşən “Astara” gömrük postunda olub.

Postda mövcud infrastrukturun vəziyyəti, əməkdaşların iş şəraiti ilə tanış olan Şahin Bağırov xidmət səviyyəsinin yüksəldilməsi, beynəlxalq tranzitin daha da asanlaşdırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top