İçkili şəxslər Quranı cırdılar, çəkib paylaşdılar — VİDEO

DÜNYA 06 okt 2022, 23:29
İçki masasında Quranı cırıb yandıran və həmin anları lentə alaraq sosial şəbəkədə paylaşan 2 nəfər saxlanılıb.

Demokrat.az xəbər verir ki, hadisə Türkiyənin İzmir şəhərində baş verib.

Videoda iki nəfərin müsəlmanların müqəddəs kitabını cıraraq istehzalı ifadələr işlətməsi izləyicilərin reaksiyasına səbəb olub. 26 sentyabr tarixli videogörüntü gündəmə gəldikdən sonra prokurorluq hadisə ilə bağlı tədbir görüb. 

Türkiyə Daxili işlər naziri Süleyman Soylu şəxsiyyətləri müəyyən edilən şəxslərin prokurorluğun əmri ilə saxlanıldığını açıqlayıb.
 

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top