Çempionlar Liqası: Messi şəxsi rekordunu yenilədi

İDMAN 06 okt 2022, 00:22
Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi UEFA Çempionlar Liqasındakı şəxsi rekordunu yeniləyib.

"Report" xəbər verir ki, 35 yaşlı hücumçu buna Portuqaliyada "Benfika"ya qarşı keçirilən qrup mərhələsinin III tur matçında fərqlənməklə nail olub.

22-ci dəqiqədə adını tabloya yazdıran təcrübəli forvard turnirdə qol vurduğu komandaların sayını 40-a çatdırıb.

Qeyd edək ki, ilk hissədən sonra qarşılaşmada hesab bərabərdir - 1:1.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top