İmişlidə minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var

HADİSƏ 05 okt 2022, 21:35
İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, Bəhrəmtəpə-İmişli avtomobil yolunda minik avtomobili qarşıda gedən yük maşınına çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan Ağdam rayon sakini, Əliyev Fuad Əlimərdan oğlu və Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Məhərrəmov Alişan Vidadi oğlu ağır bədən xəsarətləri alıb.

Yaralılara İmişli Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardım göstərilib. Sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndərilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top