Dilənçilərə qarşı kobudluq edən iki polis vəzifədən azad edildi

GÜNDƏM 05 oktyabr 2022, 21:04
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə payataxtın mərkəzində dilənçilik edən şəxslərlə polis əməkdaşları arasında mübahisəni əks etdirən görüntülər barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin APA-ya verdiyi məlumata görə, həmin şəxslərə dəfələrlə xəbərdarlıqlar, inzibati tənbeh tədbirləri görülməsinə baxmayaraq, onlar azyaşlı uşaqlarla birgə dilənçilik əməllərini davam etdiriblər.

“Bu gün yenidən onların dilənçilik əməllərinin qarşısının alınması məqsədilə ərazidə xidmət aparan polis əməkdaşları ilə mübahisə ediblər. Bu zaman polis əməkdaşının vətəndaşa qarşı etdiyi hərəkət
sözsüz ki, qəbuledilən deyil, yolverilməzdir. Odur ki, həmin şəxslərə qarşı kobudluq edən iki əməkdaş intizam məsuliyyətinə cəlb edilərək tutduqları vəzifədən azad ediliblər”.

Qeyd olunub ki, hazırda onlar barəsində xidməti yoxlamalar başlayıb. Nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top