BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Azərbaycana təşəkkür etdi

XARİCİ SİYASƏT 05 oktyabr 2022, 14:23
Ölkəmizdə səfərdə olan BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərif Azərbaycan hökumətinə təşəkkür edib.

Demokrat.az
xəbər verir ki, o təşəkkürünü oktyabrın 5-də Ağdamda Prezident İlham Əliyevin qəbulunda olarkən ifadə edib.

Belə ki, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirib və Milli Şəhərsalma Forumunun yüksək səviyyədə keçirilməsinə görə təbriklərini çatdırıb.

O, Azərbaycan hökumətinin UN-HABITAT-ın fəaliyyətinə verdiyi dəstəyə, o cümlədən könüllü maliyyə töhfəsinə görə dərin təşəkkürünü ifadə edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 12:37
18 sentyabr 2025, 12:28
18 sentyabr 2025, 11:30
18 sentyabr 2025, 11:29
Top