Aydın Mirzəzadə: “Azərbaycan "Formula-1" yarışını ən yüksək səviyyədə keçirən bir ölkədir”

GÜNDƏM 04 oktyabr 2022, 21:12
“Azərbaycanın dövlətçiliyinin inkişafında qazandığı bütün uğurlar Ermənistanda, erməni diaspor dairələrində böyük bir qıcıq yaradır. Onlar beynəlxalq ictimaiyyətə Azərbaycan haqqında ancaq mənfi fikirlər söyləməklə məşğuldurlar”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat əlavə edib ki, ancaq beynəlxalq ictimaiyyət bu gün onların yalan danışdığını, Azərbaycanın isə bütün sahələrdə uğur qazandığını, uğurlarının çoxaldığını görür: “Buna görə də, vaxtaşırı bu və ya digər sahədə Azərbaycana qarşı təxribat törətməyə cəhd edirlər. Səfirliklərimizin qarşısında xuliqanlıq edirlər, indi isə "Formula 1"-ə qarşı mübarizə aparırlar. Bununla yanaşı bir şeyi bilmək lazımdır ki, belə ciddi məsələlər hansısa bir etnik qrupun istəyi və ya çağırışı ilə həll edilmir. "Formula-1" yarışları ildə 24 ölkədə keçirilir. Onlarla ölkələr öz ölkəsində keçirilməsini istəyərdilər, amma bunun üçün hansısa ya ölkə imtina etməlidir, ya da uyğunsuzluq olmalıdır. Azərbaycan isə bu gün "Formula-1" yarışını ən yüksək səviyyədə, dünyanın diqqətini cəlb edən formada keçirən bir ölkədir. Heç bir halda "Formula-1" Azərbaycan Qran-prisinə kölgə salmaq mümkün deyil. Hesab edirəm ki, əvvəllər olduğu kimi, bu dəfə də ermənilər öz istəklərində məğlubiyyətə uğrayacaqlar”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 13:17
18 sentyabr 2025, 12:37
18 sentyabr 2025, 12:28
Top