Hulusi Akar Azərbaycana gəlib — FOTO

HƏRBİ 04 okt 2022, 16:45
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana gəlib.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

H.Akarı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunlarının komandanı ordu generalı Musa Avsevər, Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Atilla Gülanla və başqa yüksək rütbəli zabitlər müşayət edir.

H.Akarı hava limanında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşılayıb.

“Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi Cənubi Qafqazda daimi sülh və sabitlik üçün tarixi fürsət yaradıb”, - deyə Hulusi Akar bildirib.

O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq “tək millər, iki dövlət” şüarı ilə ən ali səviyyədə davam edəcək.
 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top