Son sutkada “COVID-19” əleyhinə yalnız bir peyvənd vurulub — FOTO

SOSİAL 03 okt 2022, 17:05
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə bir vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada birinci və ikinci mərhələ üzrə vaksinasiya olunmayıb. Üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı bir olub. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya da olunmayıb.

Vurulan vaksinlərin ümumi sayı 13 892 610, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 383 140, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 867 821, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 379 803, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 846 nəfər təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top