“Dedim gündə məni də öldürürlər, onu da...” — Əli Mirəliyev Rəhim Rəhimlidən DANIŞDI

ŞOU-BİZNES 01 okt 2022, 13:13
“Müğənni Rəhim Rəhimli mənim qızımla bir yerdə oxumuşdu. Çox yaxşı insan idi, fağır oğlan idi. Şən insan idi, bununla yanaşı gözəl və professional bəstəkar, yaxşı musiqiçi idi. Heç inanmağım gəlmir ki, ölüb. Cavan uşaq idi. Necə oldu, belə oldu? Nə deyim, vallah!”

Bunu Demokrat.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. O, bildirib ki, indiyədək sənət yoldaşının xəstə olmasından xəbərsiz imiş:

“Bu gün də heç inana bilmirəm ki, Rəhim vəfat edib. İlk dəfə eşidəndə, bu xəbərə inanmadım. Dedim gündə məni də öldürürlər, onu da, bunu da. Dünən axşam gecə zəng etdilər ki, bəs basdırıblar. Hazırda Bakıda deyiləm. Çox təəssüf ki, dəfndə iştirak edə bilmədim. Onun özünəməxsus dəsti-xətti var idi. Elə adamlar az qalır, lazımsız adamlar çox qalır. Belə adamlar yaşamırlar da. Azərbaycan musiqisinə çox töhfələr verə bilərdi. Nə yaşı var idi?! Allah rəhmət eləsin! Torpağı nurla dolsun!”.

Aynurə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top