Şəmkirdə yol qəzası — yaralananlar var

HADİSƏ 30 sen 2022, 23:33
Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə İrmaşlı kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir ailənin 4 üzvü, 1971-ci il təvəllüdlü Nəsimi Allahverdiyev, oğlu, 2001-ci il təvəllüdlü Namiq Allahverdiyev, 1976-cı il təvəllüdlü Vüqar Allahverdiyev və 1976-cı il təvəllüdlü Xədicə Allahverdiyeva xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top