"Hindistan Ermənistan vasitəsilə Azərbaycana təzyiq göstərir" — 245 milyonluq silah yardımının PƏRDƏARXASI

GÜNDƏM 29 sen 2022, 22:49
Hindistan Ermənistana 244,7 milyon dollar dəyərində silah-sursat göndərəcək. Silah tədarükü iki ölkə arasında sentyabrın əvvəlində imzalanmış müqavilələr əsasında həyata keçiriləcək. Sazişlərə uyğun olaraq, Hindistan Ermənistana xaricə ilk dəfə satılacaq öz istehsalı olan "Pinaka" reaktiv yaylım atəş sistemləri, həmçinin tank əleyhinə raketlər və sursat partiyası verəcək.

Məsələyə münasibət bildirən politoloq İlqar Vəlizadə Demokrat.az-a açıqlamasında bildirib ki, bununla Hindistan Azərbaycana bir ismarıc vermiş olur:

“Hindistan çox yaxşı bilir ki, bu silahlar Azərbaycana qarşı işlədiləcək. Belə halda Ermənistana bu silahı satmaqla demək olar ki, faktiki olaraq Azərbaycanın əleyhinə işlər getmiş olur. 


Digər tərəfdən, Hindistan düşünür ki, bu addımla müəyyən dərəcədə Pakistana bir ismarıc verə bilər. Çünki Pakistanla Azərbaycanın münasibətləri çox sıxdır. Azərbaycan Pakistanla hərbi əməkdaşlıq edir. Azərbaycana mesajdır ki, Pakistanla münasibətlərində bir qədər ehtiyatla davransın, hərbi əməkdaşlığı azaltsın. Amma Hindistan hərbi-siyasi rəhbərliyi başa düşmür ki, Azərbaycanla bu cür danışıqlar yaramaz, Azərbaycan bu cür təzyiqlərin əksinə daha sıx münasibətlər quracaq. Ona görə də, əgər bunlar istəyirsə ki, Azərbaycanla normal münasibətləri qursunlar, onda bunu dialoq vasitəsilə edə bilər. Ermənistan vasitəsilə Azərbaycana təzyiqlər göstərmək heç bir nəticə verməyəcək”.

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top