Deputat: “Regionlarda iş yerləri yaradılmasa, vəziyyət gərgin olacaq”

İQTİSADİYYAT 29 sen 2022, 15:15
“Azərbaycanın regionlarında iş yerləri yaradılmasa, vəziyyət gərgin olacaq. Buna görə də, regionlarda sahibkarlıq inkişaf etdirilməlidir”. 

Demokrat.az
-ın məlumatına əsasən, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib. 

O bildirib ki, təmsil etdiyi Quba rayonunda sahibkarlar əkib-becərdiyi tərəvəz məhsullarını çaya atırlar. 

“Çünki emal müəssisəsi yoxdur, sahibkarlar çətinliklərə üzləşirlər”, - deyə o əlavə edib. /oxu.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top