Əməkdar artistin vəziyyəti pisləşdi, barmaqları amputasiya olundu

HADİSƏ 28 sen 2022, 16:03
Əməkdar artist, "Dədə Süleyman" kimi tanınan Süleyman Abdullayevin səhhəti pisləşib.
 
Demokrat.az
xəbər verir ki, bu barədə Qaynarinfo-ya sənətçinin ailəsindən məlumat verilib. Bildirilib ki, xanəndənin sağ ayağının iki barmağı amputasiya olunub:
 
"Baş barmağı kəsilmişdi. Son günlər daha bir barmağı qaraldı. 4 gün əvvəl əməliyyat olundu, birini də kəsdilər. Vəziyyəti çox ağırdır. Heç nə yemir, əlimiz göydə qalıb, bütün günü Allaha yalvarırıq. Sistemlər vurulur, gecəni səhərə kimi yatmır, halsızdır. Elə deyir ki, "qoyun ölüm, ölmək istəyirəm, nəyimə lazımdır belə yaşamaq”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top