Qara Qarayev milliyə dəvət olunmamasının səbəbini açıqladı — VİDEO

İDMAN 26 sen 2022, 21:00
Azərbaycan millisinin və “Qarabağ” klubunun futbolçusu Qara Qarayev Slovakiya və Qazaxıstanla oyunlara dəvət olunmamasına münasibət bildirib.

Demokrat.az xəbər verir ki, o, İTV-də yayımlanan “Bol idman” verilişində bu barədə danışıb.

Q. Qarayev bildirib ki,  milli komandanın baş məşçisi De Byazi onu boyunun balaca olduğuna görə komandaya dəvət etməyib:

“Bu söhbət federasiya rəhbərliyi və mətbuat katibinin yanında oldu. De Byazi bildirdi ki, sənin boyun qısadır, istəyirəm o mövqedə hündürboylu idmançı oynadım. İctimai rəyi mənim üstümə yönləndirməyini heç vaxt qəbul etməmişəm. De Byazinin dediyi kimi, özüm bilirəm. Hətta çox şeyi bilirəm. Sadəcə, bilmirəm ki, bunlar kimin daha çox ziyanına və ya xeyrinə işləyəcək".

Qeyd edək ki, Canni De Byazi mətbuat konfransında Qara Qarayevin millinin oyunlarına dəvət edilməməsinin səbəbini özünün bildiyini demişdi./“Qafqazinfo”/


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top