19 ildən sonra Azərbaycana köçən Cavanşir Quliyevə ağır itki üz verdi

HADİSƏ 22 sen 2022, 17:39
Əməkdar incəsənət xadimi, məhşur bəstəkar Cavanşir Quliyevə ağır itki üz verib. 

Demokrat.az
xəbər verir ki, onun qardaşı Elşad Qarayev 69 yaşında dünyasını dəyişib. 

Bu haqda BAKU.WS-ə açıqlama verən məşhur məlumatı təsdiqləyib və hazırda yolda olduğunu, hüzur getdiyini bildirib: 

"Qardaşım bu gün rəhmətə gedib. Ölüm haqdır. Bizim hər birimizi gözləyir. Qardaşım uzun müddət idi xəstəlikdən əziyyət çəkirdi, bu gün isə haqqın rəhmətinə qovuşdu".

Cavanşir Quliyevin qardaşı Elşad Quliyev əvvəllər diş həkimi kimi fəaliyyət göstərib. 

Xatırladaq ki, bəstəkar Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycana köçüb. 19 ildir Şimali Kiprin Yakın Doğu Universitetində çalışan professor C.Quliyev bundan sonrakı həyat və yaradıcılığını yenidən doğma vətəndə davam etdirmək qərarına gəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top