ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvanda “göz yaşları” Vaşinqton üçün müsbət perspektiv vəd etmir. Bəlkə də Pelosi “göz yaşları” ilə kifayətlənsəydi, bu haqda danışmazdıq, lakin ağladıqdan sonra Azərbaycanı “təcavüz”də ittiham etməsi təkcə rəsmi Bakı yox, ümumilikdə Azərbaycan xalqına qarşı qəbuledilməz haldır.
Görünür, Cənubi Qafqaza qayıtmaq haqda düşünən Vaşinqton hesab edir ki, Ermənistanı dəstəkləməklə nəsə əldə edəcək. Halbuki, regiondakı reallıqlar, xüsusilə 44 günlük müharibədən sonra yaranmış mənzərə göstərir ki, bölgədə nüfuza sahib olmağın yeganə yolu Azərbaycanla münasibətlər və Bakının postmünaqişə reallığını qəbul etməkdir.
Rusiya bu reallığı qəbul edir, Avropa İttifaqı da razılaşır. Məhz buna görə Azərbaycan-Ermənistan münasibətlərində əsas vasitəçi bu iki mərkəzdir və hər iki mərkəzin gündəliyi postmünaqişə reallığına uyğundur.
Vaşinqton isə yanlış siyasət yürüdür. Minsk qrupunu diriltməyə çalışır, münaqişənin bitmədiyi iddiasından çıxış edir və “Qarabağın statusu”nu gündəmə gətirir. Bu yanlış strategiya təkcə ABŞ-ı bölgədən uzaqlaşdırmır, eyni zamanda regionun təhlükəsizliyinə təhdidlər yaradır. Sonuncu Brüssel görüşündə və görüşdən sonrakı müddətdə Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsi, sərhəddə təxribatlara əl atması da bundan qaynaqlanır. Görünür, ABŞ-da Ermənistanı ruhlandırıblar və bunun əvəzini Ermənistan ağır itkilərlə ödədi. Son əməliyyatlarda Ermənistanın itkiləri bunun bariz nümunəsidir.
ABŞ-ın, həmçinin, Fransanın Minsk qrupunu diriltmək cəhdləri indiyə qədər nəticə verməyib. Çünki kənardan alternativ gündəm formalaşdırmaqla regionda nəyisə dəyişmək mümkün deyil. Əksinə, bu siyasətdən həm ABŞ və Fransa itirir, həm də Ermənistan.
Pelosinin İrəvan səfəri və səsləndirdiyi ittihamlar, o cümlədən, ABŞ-ın postmünaqişə reallığına qarşı sərgilədiyi mövqe bu ölkənin nüfuzunu Azərbaycan cəmiyyətində ciddi şəkildə sarsıdır.
44 günlük Vətən müharibəsində özünü “həmsədr” kimi yox, Ermənistanın vəkili kimi aparan Fransanın Azərbaycanı BMT Təhlükəsizlik Şurasında hədəf taxtasına çıxarmaq cəhdi də bu ölkənin onsuz da alt-üst olmuş nüfuzunu daha da zədələdi.
BMT Təhlükəsizlik Şurasının yekun qərarı da göstərdi ki, Azərbaycanın ədalətli mövqeyinə qarşı atılan addımlar qəbuledilməzdir.
ABŞ və Fransa indiyə qədər həyata keçirdiyi siyasətdə uğurasuzluğa düçar olub. Buna paralel olaraq, bölgədə nüfuzlarını da itirirlər.
İtirən tərəflərdən biri də Ermənistandır. İrəvan verilən vədlərə inanaraq, təxribat mövqeyi ilə sülh gündəliyini pozmağa çalışır, lakin bütün təxribatları ağır cavabla qarşılanır, nəticədə həm canlı qüvvə, həm hərbi texnika itirir, həm də siyasi və iqtisadi dividentlərdən məhrum olur.
Qərb ölkələri sabitliyi pozacaq mövqedən çəkinməli, Brüsseldə qəbul olunan sülh gündəliyindən çıxış etməlidir. Onların bölgədə maraqlarının təmin edilməsi də Azərbaycan və Ermənistan arasında sülh sazişinin dəstəklənməsindən keçir. Əks təqdirdə, ABŞ və Fransa nüfuz itkisinə məruz qalmağa davam edəcək, Ermənistan isə ağır nəticələrlə üzləşəcək.
Nə ABŞ, nə də Ermənistanı Pelosinin tökdüyü “göz yaşları”nı xilas edə bilməz. Doğru və konstruktiv siyasət yürüdülməli, postmünaqişə reallığına uyğun davranılmalıdır.
Zaur Hacılı
Demokrat.az