Sərhəd döyüşünün təfərrüatları: Düşmən xeyli sayda itki verərək geri çəkildi — VİDEO

HƏRBİ 20 sen 2022, 17:14
"Ermənistan tərəfindən daim təxribatlar törədilirdi, bölmələrimizə qarşı iriçaplı silahlardan atəş açılırdı. Bizim arxa təminat yollarını minalamağa cəhd edirdilər. Laçın, Kəlbəcər və Daşkəsən rayonları ərazisində yerləşən bölmələrimizə qarşı intensiv atəş zərbələri endirilirdi".

Demokrat.az
xəbər verir ki, bu sözləri Real TV-yə açıqlamasında Azərbaycan Ordusunun polkovniki Elşad Əbilov bildirib.

Polkovnik əlavə edib ki, ermənilərin hücumlarının nəticəsi olaraq ordu qüvvələri düşmənə qarşı qətiyyətli cavab tədbirləri görüb: "Bu tədbirlər nəticəsində Laçın, Kəlbəcər və Daşkəsən rayonlarında Azərbaycan-Ermənistan dövlət sərhədi boyunca nəzarət əlimizə alındı. Düşmən xeyli sayda itki verərək geri çəkildi".




Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top