“Nensi Pelosinin Ermənistana səfəri birtərəfli yanaşmadır və qərəzli münasibətdir” — Deputat

GÜNDƏM 19 sen 2022, 19:50
“Nensi Pelosinin Ermənistana səfəri  birtərəfli yanaşmadır və qərəzli münasibətdir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat bildirib ki, ABŞ  demokratiyadan, insan haqlarından, insan hüquqlarından, dövlətlərin ərazi bütövlüyündən boğazdan yuxarı dəm vurur:

“Həmin Amerika Birləşmiş Ştatlarıdır ki, Azərbaycan torpaqları 30 ildən artıq bir müddətdə işğal altında qaldığı vaxtda hər il daimi olaraq tanınmamış separatçı quruma maliyyə yardımı göstərirdi və bu gün də göstərir. İndi bu yaşı keçmiş xanımın Ermənistana səfəri, onlara ürək-dirək verməsi, bir növ Azərbaycanı qınaq hədəfinə çevirməsi, ermənilərin haqlı olduğunu və ABŞ tərəfindən müdafiə olunacağı vədini verməsi, müəyyən qədər gələcəkdə ABŞ-ın Cənubi Qafqaz üçün olan xoşagəlməz planlarından xəbər verir. Məqsəd nədir? ABŞ-ın Cənubi Qafqazda nüfuzunun, nəzarətinin güclənməsi üçün tarixin bütün dövrlərində Ermənistan alət kimi istifadə olunub. Bu gün də müxtəlif dövlətlərin əlində alət olan Ermənistandan istifadə edilməkdədir”. 
Millət vəkilinin sözlərinə görə, bu hərəkətlərlə ABŞ açıq-aydın şəkildə regionda gərginlik yaratmağa çalışır:

“ABŞ Ermənistana müxtəlif şişirdilmiş vədlər verməklə, Azərbaycanla Ermənistan arasındakı gərginliyi biraz da artırmağa çalışır. Bu gərginlik nəticəsində Rusiya ilə Türkiyə Azərbaycan-Ermənistan məsələsində üz-üzə gələ bilər və bu münasibətlər pozular. ABŞ Avropa və Fransadan da istifadə edib, regiona girə bilər. Bütün bunlar yüksək səviyyəli şəkildə Azərbaycan dövləti tərəfindən araşdırılır və bu məsələlərdən Türkiyə də məlumatlıdır. Ərazimizdə 100-150 il bundan qabaq yerləşdirilmiş xarici alət kimi istifadə olunan, satqın, xəyanətkar bir toplum var ki, bunlardan həmişə istifadə edinlər. Bu gün də bunlardan istifadə edilir. Yaşlı xanımın səfəri bölgədə sülhə doğru yox, gərginliyə doğru atılmış addımdır“.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top