Əfqanıstanda 300-ə yaxın “Taliban” döyüşçüsü öldürüldü

DÜNYA 19 sen 2022, 09:34
Milli Müqavimət Cəbhəsinin üsyançıları Əfqanıstanın şimalındakı Pəncşir əyalətində radikal “Taliban” hərəkatının silahlı birləşmələrinin 300-ə yaxın yaraqlısını öldürdüklərini iddia edirlər.

Onların sözlərinə görə, “Taliban” komandanlıq içərisindən də itki verib. Toqquşmalar nəticəsində Pəncşir əyalətindəki birləşmələrin rəhbərlərindən biri olan Molla Zakirlə yanaşı onun müavininin də öldürüldüyü bildirilib.

Qeyd edək ki, bir müddət öncə “Taliban”ın sözçüsü Zabihullah Mücahid bəyan edib ki, Pəncşirdə hərbi əməliyyat zamanı 40-a yaxın qiyamçı öldürülüb. /oxu.az


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top