Tacikistanla münaqişədə həlak olan Qırğızıstan vətəndaşlarının sayı artıb

REGİON 19 sen 2022, 09:13
Tacikistanla silahlı münaqişədə Qırğızıstanın 59 vətəndaşı öldürülüb.

“Report” xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Batken vilayətindən alınan operativ məlumatlara əsasən daha 13 nəfərin meyiti yerli səhiyyə müəssisələrinə gətirilib.

Bununla da münaqişə zamanı ölənlərin ümumi sayı 59 nəfərə çatıb.

Bundan əvvəl sərhəddə baş verən münaqişə nəticəsində Qırğızıstanın 46 vətəndaşının öldüyü bildirilib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top