"Mənim yerim bura deyil ata, mən aid olduğum yerə gedirəm" — VİDEO

GÜNDƏM 17 sen 2022, 22:25
...İndi sizə torpağın qulağına qələbə şərqisi pıçıldayan şəhid Mirtalıbdan bəhs edəcəyik. O Mirtalıbdan ki, dünyaya hərbçi olmaq üçün gəlib, Vətən üçün yaşayıb , qələbəyə də məhz bu cür addımladı... "Hər şey Vətən üçün" deyərək... 

"Torpağa bas, torpağa"... "Qoy addımları möhkəm olsun..." Elə deyərlər bizim oralarda. Yeni doğulan körpəni əvvəlcə torpaqla tanış edər, sonra qucağa alarlar. Gəldiyin yeri, gedəcəyin yeri tanıtmaqdır bu, həm də.

Hər şey Vətən üçün, sənin üçün, can Vətən! Zərrən uğrunda ölümə gedən bu igidlər sənin övladlarındır, sənin ordundur! Daşına, qayana baş qoyan oğulların şərqisidir bu, şəhid Mirtalıbın qurumuş dodaqlarından tökülür... Qürurla, fəxrlə, şərəflə..!

44 günlük Vətən Müharibəsində böyük zəfəri bizə yaşadan oğullardan biri idi Mirtalıb Mirheydər. Böyük zəfərdən sonra geri qayıdan Mirtalıb, evdə oturmağa səbri çatmayıb "mənim yerim bura deyil ata, mən aid olduğum yerə gedirəm" deyir və geri qayıdır. Şəhidin atası Mirheydər Ağayev qəhrəman oğlundan ürək ağrısıyla, amma qürurla danışır:

"Bir dəfə mənə sual verdi ki, şəhid olsam ağlayarsan? Mən çox pis oldum. Əsəbiləşdi, dedi ki, əgər pis olsan mən səndən küsərəm. Şəhid olmaq Mirtalıbın arzusu idi. Oğlum arzusuna çatdı..."

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top