Ermənilər şikayət etdi, “Qafqazinfo”nun “Facebook” səhifəsi bağlandı

SOSİAL MEDİA 15 sen 2022, 11:18
“Qafqazinfo”nun “Facebook” səhifəsi bağlanıb. Buna səbəb isə ermənilərin səhifəyə kütləvi hücumu və şikayət etməsidir.
 
Demokrat.az
xəbər verir ki, bu haqda "Qafqazinfo"nun baş redaktoru Günel Əbilova məlumat verib.

Belə ki, dünən səhər saatlarında izləyicilər sayta müraciət edərək saytın “Facebook” səhifəsində erməni profillərin aktiv olduğunu, səhifədə Müdafiə Nazirliyinin rəsmi və şəhidlərlə bağlı yayımladığı xəbərlərə təhqir yazdıqlarını bildiriblər. Dərhal şərhlər silinib, erməni izləyicilərin səhifəyə şərh yazmasına qadağa qoyulub.

Günün ikinci yarısında isə ermənilər kütləvi şikayət edərək 200 minə yaxın izləyicisi olan “Facebook” səhifəsinin bağlanmasına səbəb olublar.

Hadisə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət hazırlanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top