Dünya

ABŞ-dakı ermənilər Paşinyanın istefası tələbi ilə aksiya keçirib

ABŞ-dakı ermənilər Paşinyanın istefası tələbi ilə aksiya keçirib

Erməni diasporunun bir qrup nümayəndəsi Ermənistanın ABŞ-dakı səfirliyinin binası qarşısında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirib.

Bu barədə Demokrat.az Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, aksiyaçılar Paşinyanın Ermənistan parlamentində hökumətin iclası zamanı səsləndirdiyi bəyanatlardan hiddətlənib. Etirazçılar hazırda İrəvanın mərkəzində, Baqramyan prospektində keçirilən çoxminlik aksiyanın iştirakçılarına dəstək ifadə ediblər.

D
demokrat.az