Paşinyan: “Bir kağıza imza atmaq istəyirik ki, buna görə çoxları bizi söyəcək, “satqın” adlandıracaq”— VİDEO

GÜNDƏM 14 sen 2022, 18:59
Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentindəki çıxışı zamanı maraqlı açıqlamalar verib.

“Caliber” xəbər verir ki, o, “satqın” adlandırılacağı və hakimiyyətdən uzaqlaşdırılacağı təqdirdə belə Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirib.

“Biz bir kağıza imza atmaq istəyirik ki, bunun nəticəsində çoxları bizi söyəcək, “satqın” adlandıracaq. Xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəlsə belə, əgər bunun nəticəsində Ermənistan 29.800 kvadrat kilometr ərazisidə davamlı sülh və təhlükəsizlik əldə edəcəksə, biz razı və minnətdar olacağıq. Əgər bu, təmin olunarsa, mən bu qərarı imzalayacağam. Məni başıma nə gələcəyi maraqlandırmır, Ermənistan Respublikasının taleyi maraqlandırır”, - deyə o bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top