Müdafiə Nazirliyi: "Təəssüf ki, itkilərimiz var, ictimaiyyətə əlavə məlumat veriləcək"

HƏRBİ 14 sen 2022, 18:12
"Təəssüf ki, itkilərimiz var, ictimaiyyətə əlavə məlumat veriləcək".

"Report" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır: "Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".

A.Eyvazov eyni zamanda xüsusilə Ermənistan KİV-də yayılan dezinformasiyalara inanmamağa, ancaq rəsmi məlumatlara müraciət etməyə çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top