Şəhid olan hərbi qulluqçumuz Saatlıda dəfn edildi

GÜNDƏM 13 sen 2022, 19:14
Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, kiçik gizir 2000-ci il təvəllüdlü Nəsirov Ülvi Əsədulla oğlu son mənzilə yola salınıb.

APA-nın yerli bürosu xəbər verir ki, şəhidin nəşi doğulduğu Saatlı rayonunun Qara Nuru kəndinə gətirilib.

Vida mərasimindən sonra Ülvi Nəsirov kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top