Üç ay əvvəl evlənən cütlük ağır qəzaya düşdü, oğlan öldü — FOTOLAR

HADİSƏ 12 sentyabr 2022, 17:44
Kürdəmirdə üç avtomobilin iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub.
 
Demokrat.az
xəbər verir ki, qəzada ölən Rauf Bəkirov kənd təsərrüfatı sahəsində çalışan gənc mütəxəssis olub. 

Qəza zamanı R.Bəkirov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişini, həyat yoldaşı Ruşanə Əliyeva isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb.

Bildirilir ki, R.Bəkirov şirkətlərdən birində aqronom kimi çalışırmış. O, bu il iyunun 22-də Ruşanə ilə ailə həyatı qurubmuş.

Hadisə yeni evlilər rayondan Bakıya qayıdarkən baş verib. (qafqazinfo)





 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top