Cüdoçumuz açıq Avropa turnirinin finalına yüksəldi

İDMAN 10 sen 2022, 19:40
Azərbaycan cüdoçusu Rövşən Əliyev İtaliyanın Riççone şəhərində keçirilən açıq Avropa turnirində finala vəsiqə qazanıb.

Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yarımfinalda Dilşad Xalmatova (Ukrayna) ipponla qalib gələrək finala çıxıb. R.Əliyevin qızıl medal uğrunda rəqibi türk Salih Yıldız olacaq.

​​​​​​​Qeyd edək ki, sentyabrın 11-dək davam edəcək turnirdə Azərbaycanın 13 kişi cüdoçusu iştirak edir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top