13 yaşlı qızın dünyaya gətirdiyi uşağın atası da yeniyetmə imiş

GÜNDƏM 07 sen 2022, 15:13
13 yaşlı qızın dünyaya gətirdiyi körpənin atasının 15 yaşı olduğu üzə çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, qız illər əvvəl öz atasını itirib. 13 yaşlı qızın anasının 3-cü evliliyi olduğu deyilir. O, ögey ata ilə yaşayırmış.

Ailənin çox kasıb olduğu və butulka sataraq dolandıqları deyilir.

Qeyd edək ki, uşaq 40 həftəlik dünyaya gəlib. Ailə bu hadisəni ört-basdır etmək istəyib və doğum evdə gerçəkləşib. Lakin doğumdan sonra 13 yaşlı qızda qanaxma olduğu üçün məcbur qalıb Təcili Tibbi Yardıma müraciət ediblər.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan bildirilib ki, hazırda hər ikisinin vəziyyəti yaxşıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top