Qarabağ qazisi dünya çempionu oldu

İDMAN 06 sen 2022, 17:48
İsveç krallığında yaşayan Birinci Qarabağ müharibəsinin qazisi, 59 yaşlı soydaşımız Səfər Əliyev ABŞ-da böyük uğur qazanıb.

Las-Veqas şəhərində Braziliya güləşi (Brazilian jiu jitsu) üzrə keçirilən dünya çempionatında Səfər Əliyevin rəqibi Skott Kuk olub. Rəqibi üzərində üstünlük əldə edən soydaşımız çempionatın qalibi olub. 

“World Master” Beynəlxalq Braziliya Ciu-Citsu Federasiyasının təşkilatçılığı ilə Las-Veqas konfrans mərkəzində (“Convention Center”) təşkil edilən dünya çempionatı 1-3 sentyabr tarixində baş tutub. 

Qeyd edək ki, Səfər Əliyev 1991-ci ildə yaradılmış Naxçıvan Dövlət Müdafiə Komitəsinin ilk xüsusi təyinatlı bölməsində idman rotasının komandiri olub. Bu bölmə Naxçıvanın müdafiəsində ön sıralarda yer tutaraq, bir çox ağır döyüş əməliyyatlarında iştirak edib. 

Soydaşımız İsveçin Partille şəhər bələdiyyəsinin məclis, Höteborq bölgəsi üzrə İnzibati və Miqrasiya məhkəməsinin münsiflər heyətinin, Qərbi Yöteland bölgəsinin səhiyyə komitəsinin üzvü Turan Əliyevin əmisidir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top