Fərid Şəfiyev: “Paşinyan hökuməti sülh sazişi imzalamaq istəyir, amma….”

SİYASƏT 06 sen 2022, 17:09
“Paşinyan hökuməti sülh sazişi imzalamaq istəyir və belə bir istək var. Söhbət getmir ki, bunlar səmimidirlər, yoxsa qeyri-səmimidirlər. Söhbət gedir ki, artıq bunlar dərk edirlər ki, Azərbaycan mərhələli şəkildə öz hədəflərinə nail olur.Laçın hadisələri bunu bir də göstərdi. Ona görə də, belə istək var, amma eyni zamanda qorxu da var”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. 

Onun sözlərinə görə, həm Ermənistan daxilində, həm də xaricində buna qarşı çıxan güclü qüvvələr var:

“Bunu cəmiyyətə hansı formada səsləndirmək də Paşinyan üçün problemdir. Son günlər Kəlbəcərdəki təxribatlara gəlincə, dəfələrlə qeyd etmişəm ki, güc strukturlar da Azərbaycanla sülhə qarşı çıxış edən yetərli qüvvələr var və Ermənistanın Xarici İşlər Nazirliyinin də tərkibində buna qarşı çıxan qüvvələr var. Ona görə də, güc strukturlara baxsaq, burada Rusiya ilə bağlı olan qüvvələr də çoxdur. Koçaryan, Sarkisyan, yəni keçmiş rejimlə bağlı olan insanlar da var. Həmçinin, Ermənistanın Xarici İşlər Nazirliyində diaspora ilə güclü təmaslar var. Biz bilirik ki, diaspora bütövlükdə sülhə qarşı çıxış edir. Ona görə, bu təxribatları biz müşahidə etmişik və müşahidə edəcəyik. Proqnoz vermək çətindir, amma ola bilsin ki, doğurdan da, sülh sazişi ilə bağlı müəyyən irəliləyişi biz müşahidə etdik”.

Aynurə Pənahqızı

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top