Sumqayıtda parkinq üçün yaşıllıq ərazi sökülür? — AÇIQLAMA

SOSİAL 04 sen 2022, 19:40
Tikinti aparılan ərazidəki ağaclar sayılaraq nəzarətə götürülüb

Sumqayıt şəhəri, 20 Yanvar küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova  bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə "Sumpalace" MTK tərəfindən yaşayış binasının qarşısında
avtodayanacaq yaradılması üçün işlərin aparıldığı, lakin ağac kəsintisi faktının olmadığı müəyyən edilib. "Tikinti ətrafında olan ağaclar sayılaraq qeydiyyata alınıb və qorunub saxlanılması məqsədilə MTK-nın rəhbərliyinə təhvil verilib". (oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top