Deputat: “Bu, strateji baxımdan millətin gələcək intellektual inkişafına hesablanmış addımdır”

GÜNDƏM 03 sen 2022, 21:49
“Uğurlu Brüssel görüşündən sonra Prezident İlham Əliyevin İtaliya səfəri dolğun, strateji baxımdan zəngin olmuşdur. Roma şəhərində Azərbaycan səfirliyinin yeni binasının açılışı, mədəniyyət mərkəzinin fəaliyyətə başlaması, İtaliya prezidenti, nazirlər şurasının sədri ilə keçirilən görüşlər, Çernobbi şəhərində təşkil olunmuş beynəlxalq forumda iştirakı və çıxışı, səfərin siyasi, iqtisadi, mədəni əhəmiyyətinin göstəricisidir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamaasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Deputat bildirib ki, hər bir tədbir, heç şübhəsiz, əlamətdar hadisə olaraq müasir tariximizə yazılacaqdır:

“Məxsusi olaraq, ADA universiteti ilə, İtaliyanın beş nüfuzlu universiteti arasında əməkdaşlığı qeyd etmək istərdim. İyirmi birinci əsr yüksək texnologiyaların, intellektlərin mübarizəsi əsridir. Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” siyasətini özündə əks etdirən təhsil siyasətinin aparılması, ən aktual məsələdir. Strateji baxımdan millətin gələcək intellektual inkişafına hesablanmış addımdır. Hər bir dövlətin milli, iqtisadi, ərzaq və digər təhlükəsizliklərinin təmin olmasında, savadlı, peşəkar kadrların hazırlanması, əmək bazarının mövcud şərtlərə uyğun çevik şəkildə formalaşdırılması durur. Ona görə də, Azərbaycanda Cənab Prezidentin sərəncamı ilə inşa olunan və son səfər çərçivəsində ADA universiteti ilə beş italyan universitetinin əhəmiyyətləri danılmazdır”. 

“İtaliya beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə, Avropanın beşinci iqtisadiyyatına malik, “Böyük yeddiliyin” üzvüdür. Eyni zamanda, dərin tarixi, mədəni irsi özündə əks etdirən sivilizasiyanın beşiyidir. Azərbaycan-Avropa İttifaqı münasibətlərində, ölkəmizin bir nömrəli ticarət tərəfdaşı, həyata keçirdiyi iqtisadi layihələrdə fəal əməkdaşlıq edir. Qarabağ məsələsində haqqlı mövqeyimizi dəstəkləmişdir. Belə bir, hər tərəfli inkişaf etmiş ölkə ilə, siyasi, iqtisadi, mədəni, elmi əlaqələrin strateji müttəfiqlik səviyyəsinə qaldırılması, Prezident İlham Əliyevin çoxvektorlu siyasətinin nəticəsidir və Azərbaycanın milli maraqlarına tam cavab verir”, - deyə deputat sonda qeyd edib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top