Sabiq təhsil naziri: “İndiki nazir cavan oğlandır, amma...”

GÜNDƏM 02 sen 2022, 15:19
Artıq bir neçə gündür ki, ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələri açıqlanıb. İmtahanlarda aşağı nəticə göstərib ali məktəbə girə bilməyənlər də kifayət qədərdir. Hətta minlərlə şagird 200 balla ali məktəbə daxil olub, minlərlə şagird isə 100 balı belə toplaya bilməyib. 

Məsələyə münasibət bildirən sabiq təhsil naziri Firuddin Cəlilov Demokrat.az-a açıqlamasında bildirib ki, bütün idarəçilik sistemi kökündən dəyişməlidir:

“Ortada olan fakt odur ki, yuxarı bal toplayanlar təbii ki, savadlı uşaqlardır. Aşağı bal toplayanların isə savadı azdır. Gənclərin ali məktəblərə hansı ballarla qəbul olmasını, tutaq ki, 200-250 balla hansısa ixtisasa qəbul olmasını, mütəxəssislər müəyyənləşdirir. Ona görə də, burada konkret rəy demək mənim üçün çətindir. Əslində, bu məsələlərə kompleks baxmaq lazımdır. Kənd təsərrüfatı, səhiyyə, sənayedir, yəni onlarla paralel götürəndə əlbəttə, ölkəmizdə təhsilin vəziyyəti çox pisdir. Bu da sistemdən  asılıdır. İndiki elm və təhsil naziri cavan oğlandır, işləmək istəyir. Hiss olunur ki, hansısa yeniliklər etmək istəyir, amma sistem ona imkan vermir. Bütün idarəçilik sistemi kökündən dəyişməlidir ki, hər qurum da öz daxilində yeni sistemə uyğun özü-özünü təkmilləşdirsin. Buna görə, tək təhsili yıxıb sürümək düzgün deyil, çünki bir çox sahələr də elə bu durumdadır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top