Beynəlxalq agentlik Zaporojye AES-də 5 nümayəndəsini saxladı

DÜNYA 01 sen 2022, 22:22
Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri Ukraynada yerləşən Zaporojye Atom Elektrik Stansiyasında qalacaqlar. 

Demokrat.az
bu barədə BBC-yə istinadən xəbər verir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi missiya detalları dəqiqləşdirmədən AES-də bir neçə saatlıq iş zamanı kifayət qədər vacib məlumat toplaya bilib.

Qrossinin sözlərinə görə, MAQATE missiyası sentyabrın 3-dək Zaporojye AES-də qalacaq, daha sonra müşahidəçilərin stansiya ərazisində daimi qalması məsələsi həll olunacaq.

Artıq Qrossi ilə birlikdə nümayəndə heyətinin əksər üzvləri Zaporojye AES-dən ayrılıb, qalan beş nümayəndə gətirdikləri avadanlıqları yerləşdirib və zavodda işlərini davam etdirəcəklər.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top