Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilin yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə ölkə mediasının inkişafında yeni bir mərhələnin əsası qoyuldu. Artıq “Media haqqında” Qanunun qüvvəyə minməsi, jurnalistlərə sosial ipotekadan yararlanmaq imkanın verilməsi, kağız və çap məhsullarının ƏDV-dən azad olunması media islahatlarının gətirdiyi yeni yanaşmanın ilkin təzahürləridir. Göründüyü kimi, son vaxtlar medianın inkişafı ilə bağlı xeyli islahatlar həyata keçirilib.
Yaxın günlərdə isə Media Reyestri yaradılacaq. Bəs, bu ölkə jurnalistikasına necə təsir edəcək?
Demokrat.az bununla bağlı jurnalistlərin fikirlərini öyrənib:
Tanınmış jurnalist Elçin Mirzəbəyli açıqlamasında bildirib ki, Media Reyestrinin formalaşdırılması əslində media resurslarının müəyyən hüquqi çərçivədə, daxilində fəaliyyət göstərməsinə zəmin yaradır.
“Əslində, hüquqdan başqa bugünədək dünyada hər hansı bir alternativ düşünülməyib. Hüququn alternativi xaosdur. Yəni, hüquqi, məlum konkret qanunlar çərçivəsində fəaliyyət göstərməlisən və konkret qanunlar müstəvisində hərəkət etməlisən, əks təqdirdə isə bütövlükdə informasiya məkanı xaosun girdabına çevriləcək. O zaman biz özümüzə büruzə, təzahür verən neqativ halların şahidi olacağıq. Bu, həm jurnalistikanın adından istifadə etməklə, dələduzluq və fırıldaqçılar edən faktiki media resurslarının adından istifadə etməklə, jurnalistin adından yararlanmaqla, insanları şantaj və böhtan etməklə, vəsait qazanmağa çalışan insanların qanunsuz əməllərinin şahidi olacağıq. Şəxsi həyata müdaxilənin, jurnalist etikasından, peşə fəaliyyətindən kənar bütün fəaliyyətlərin şahidi olacağıq. Ya da ki, qanunvericilik çərçivəsində fəaliyyətimizi davam etdirərək, normal, sağlam bir informasiya mühitininin qorunub saxlanmasına, formalaşmasına zəmin yaradacağıq. Bunun fərqli bir alternativi yoxdur”.
Əməkdar jurnalist bu gün hər bir redaksiyanın 20-ə yaxın özəl xəbər hazırladığını və bunun stimulverici faktor rolunu oynadığını deyib:
“Təbii ki, 20 özəl xəbər məsələsi maksimal bir həddir. Hesab edirəm ki, bu, redaksiyalar üçün müəyyən qədər stimul verici faktor rolunu oynayır. Şübhəsiz ki, çətindir. Nəzərə almaq lazımdır ki, özəl xəbərlərin əldə olunması ilə bağlı gündəlik müəyyən problemlər yaranmışdır. Burada söhbət təkcə özəl xəbərdən getmir, xəbərdən də getmir. Bu, yanlış yanaşmadır mahiyyət etibarilə. Bu yanlış istiqamətdə təbliğatdır, bəlkə də bəzilərinin məqsədyönlü təbliğatıdır. Bu, 20 özəl yazıdan gedir. Burada şərh, analitik materiallar, reportajlar, müsahibələr, eyni zamanda xəbər də ola bilər. Yəni, 24 saat ərzində olan fəaliyyətdən gedir. Mənim qənaətimə görə, normal redaksiyalar mahiyyət etibarilə bunun öhdəsindən gələ bilərlər. Ancaq indiki halda müəyyən zaman kəsiyində hansısa günlər onun öhdəsindən gəlmək mümkün olmursa, tutaq ki, 20 gün ərzində özəl xəbərlərin sayı 20-dən çox olursa, qalan günlərdə az olur. Buna görə düşünürəm ki, heç kimi asıb kəsmirlər, məsuliyyətə cəlb etmirlər. Çünki, reallıqları və mənzərəni hər kəs başa düşür. 20 yazı indiki şəraitdə qoyulan maksimal sərhədddir. Bunun stimul verici bir faktor kimi qəbul edirik. Yəni, hədəf kimi qəbul edək ki, bizə o hədəfə çatmaq imkanı verilir”.

Yeni Çağ Media Qrupunun baş direktoru Aqil Ələsgər isə bildirib ki, bu, çoxdan atılmalı bir addım idi. O hesab edir ki, bundan mətbuat və media ancaq qazanacaq:
“Bilirsiniz ki, əvvəllər Ədliyyə Nazirliyi tərəfindən qəzetlərin, jurnalların qeydiyyatı reyestri var idi. Çox təəssüf ki, media qanunu köhnə idi və yeni media qollarının hüquqi əsası demək olar ki, yox idi. Bu səbəbdən də, buna hüquqi don geyindirmək üçün məhdud məsuliyyətli cəmiyyətlərdən istifadə olunurdu və məhdud məsuliyyətli cəmiyyətlər olaraq biz fəaliyyətimizi leqalizə edirdik. Media Reyestrinin olması bu baxımdan çox mühümdür, alqışlanası addımdır. Çünki burada həm də əsas diqqət ediləcək nöqtə medianın şəffaflaşmasıdır. Media Reyestrinin olması qeyri-leqal deyil, leqal fəaliyyətə şərait yaradır. Yəni, domenin bütün bilgilərini gizlədərək oradan müəyyən hücumlar üçün istifadə edən, ayrı-ayrı şəxslərin istifadə etmək cəhdləri Media Reyesrtri ilə tarixə qovuşacağına inanırıq. Təbii ki, bu həmin dəqiqə olmayacaq, amma bir müddətdən sonra reyestrlə bağlı bütün daşlar yerinə oturduqdan sonra ciddi media qurumları olmaq istəyənlər, bu iddiada olanlar əlbəttə ki, qeydiyyatdan keçməyə üstünlük verəcəklər. Qeydiyyatdan keçdikdən sonrakı mətbuatı, media qurumunun əldə etdiyi avantajı açıq şəkildə halal yolla əldə edilən avantajların, şansların qeyri-leqal yolla, çətin, təhlükəli yollardan daha rahat olduğunu görərək, yəqin ki, bir çoxları bu leqallaşmanı dəstəkləyəcək”.
A.Ələsgər qeyd edib ki, burada həm də ciddi bir ədalətsizliyin ortadan qalxması məsələsi var:

“Belə deyək ki, özünə hörmət edən, öz işçisinə hörmət edən media qurumları işçilərinin qeydiyyatı, sığortası, vergisi olsun və digər məsələləri həll edirlər. Ofis tuturlar, belə deyək ki, yeni redaksiyalar qurulur. Bu redaksiyalarda fəaliyyət göstərilir. Amma, bir də var ki, 1-2 nəfərlik və ya çətə şəklində fəaliyyət göstərir. 20-30 domen ilə hücumlar təşkil edirlər ayrı-ayrı şəxslərə. Nə yerləri var, nə ünvanları var, saytlarında heç bir əlaqə nömrəsi, əlaqə koordinatıarı yoxdur. Saytın domenini axtardıqda yenə eyni şəkildə, çox rahat şəkildə tutalım xaricdən alınan istənilən domeni bir rahat şəkildə 2-3 dollar artıq ödəməklə, bütün bilgiləri gizlətmək olur. Media Reyestri bütün bu kimi neqativ halların ortadan qalxmasına yardım edəcəyinə inanıram. Təbii ki, bütün yeniliklər hər zaman daş-qalaqla qarşılaşıb. Belə deyək ki, ilk dəfə fabriklər yarandığı zaman işçilər fabriklərin onların işini əlindən alır iddiası ilə fabrikləri dağıdıblar, yandırıblar. İlk dəfə mətbəəni Osmanlıya gətirən və kitab çapı ilə məşğul olan İbrahim Mütəfərriqanı adamlar meydanın ortasında edam ediblər, parça-parça ediblər. Yəni, bütün yeniliklər hər zaman daş-qalaqla qarşılanıb. Amma, bu daş-qalağın qarşısında duruş gətirənlər hər zaman zəfəri dadıblar. O baxımdan media ilə bağlı dəyişilikləri istəyənlər bu dəyişiliklərin arxasında durmalıdırlar. Burada sadəcə Media Agentliyi bu dəyişikliyi katolizator rolunda oynuyur və bu dəyişikliyin arxasında olmamalıdır. Bu dəyişikliyi istəyən hər kəs bu dəyişikliyin yanında olmalıdır, arxasında olmalıdır. Fikirlərimi İsmet İnönünün sözləri ilə bitirmək istəyirəm. O deyirdi ki, vicdanlı insanlar da əgər vicdansızlıqlar qədər, namuslu insanlar namussuzlar qədər cəsarətli olsalar, o cəmiyyət inkişaf edər, o cəmiyyət aydınlığa qovuşar. O baxımdan qarşıda Media Reyestri ilə bağlı çox ciddi fırtına gözləyirik. Amma, bu dəyişikliyi, yeniliyi dəstəkləyən insanlar bu dəyişikliyin arxasında sadəcə dayanmamalıyıq, bu dəyişikliyə qarşı mübarizə edənlərlə də mübarizə aparmalıyıq”.
Aynurə Pənahqızı
Demokrat.az