“Bakıda 10 manata yalnız iki fincan çay içmək olar” — Səfir bahalıqdan şikayətləndi

GÜNDƏM 29 avq 2022, 15:00
Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev maraqlı paylaşım edib.

Səfir ölkədəki qiymətlərin baha olduğunu dolayı yolla ifadə edib. Belə ki, V.Quliyev Polşanın paytaxtı Varşava ilə Bakını müqayisə edib:

“Yüksək materiyanı bir tərəfə qoyaq. Həm də Marks deyirdi ki, insanlar yüksək materiya ilə məşğul olmazdan əvvəl yeməli, içməli və geyinməlidirlər. Varşavanın mərkəzində beş seçimdən birini edib 10 manata (25 zlotı, yaxud 6 dollar) belə müxtəlif çeşidli səhər yeməyi sifariş vermək mümkündür. Üstəlik kofe, yaxud çay da bu hesaba daxildir. Bakının mərkəzində isə 10 manata yalnız iki fincan çay içmək olar. Düzdür, yanında bir mikroskopik ölçülü qurabiyə də verirlər. Sonra da şikayətlənirik ki, ölkəmizə turistlər az gəlir”,- deyə səfir bildirib.



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top