Tələbə yataqxanalarında son vəziyyət — Qiymət və şərait necədir?/VİDEO

SOSİAL 28 avq 2022, 14:12
İxtisas seçiminin nəticələri açıqlanan kimi tələbə adını qazananları ən çox maraqlandıran məsələlərdən biri daxil olduqları ali məktəbin yataqxanası ilə bağlıdır.

Yeni dərs ili yaxınlaşdıqca bu məsələ daha da aktuallaşır.

Apardığımız araşdırma nəticəsində məlum olub ki,  yataqxanaların qiymətləri şəraitinə görə dəyişir. Məsələn, Bakı Dövlət Universitetinin yeni istifadəyə verilmiş 5 mərtəbəli, 220 yerlik "Tələbə evi"ndə 1 nəfər üçün aylıq ödəniş 75 manatdır.

Memarlıq və İnşaat Universitetinin tələbə şəhərciyində isə aylıq qiyməti 40 manatdır.

Azərbaycan Tibb Universitetinin 4 yataqxanası mövcuddur. Yataqxanalar oğlan-qız və xarici tələbələr üçün ayrı-ayrılıqda bölünüb. 968 yerlik yataqxananın aylıq ödənişi 50-80 manat arasında dəyişir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin də 320 nəfərlik tələbə şəhərciyi fəaliyyət göstərir. Burada hər otağın qiyməti 100 manatdır. Otaqlar 2-3 nəfərlikdir.

Özəl ali məktəblərdən biri olan Bakı Avrasiya Universitetinin yataqxanası isə yalnız qız tələbələrin qalması üçün nəzərdə tutulub. Otaqların aylıq ödənişi 80-100 manat arasında dəyişir.

Ali məktəblərdən bildirilib ki, yataqxanalarda şəhid və qazi övladlarına, valideynlərini itirmiş və digər həssas qrupa aid tələbələrə güzəştlər edilir. ''İxtisas seçiminin nəticələri bəlli olduqdan sonra yataqxanalarda tələbələrin yerləşdirilməsi imkanları daha dəqiq bilinəcək'',- deyə qeyd edilib.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top