Bakıda 29 yaşlı qadın doğuşdan sonra öldü — FOTOLAR

HADİSƏ 26 avqust 2022, 17:49
Bakıda 29 yaşlı qadın doğuşdan sonra ölüb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu Bayıl qəsəbəsində yerləşən 5 saylı Doğum Evində baş verib. 1993-cü il təvəllüdlü Ellazova Aygül Sahib qızının vəziyyəti doğuşdan sonra kəskinləşib və o vəfat edib.

Hadisənin həkim səhlənkarlığı ucbatından baş verdiyi bildirilir.

Hadisə ilə bağlı Səbail Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, qadının yeni dünyaya gətirdiyi körpəsinin səhhəti normaldır.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top