Darya Dugina dəfn edildi

GÜNDƏM 23 avq 2022, 20:09
Jurnalist və politoloq Darya Dugina Moskva vilayətində dəfn edilib. APA-nın Moskva müxbirinin məlumatına görə, dəfn mərasimi qapalı keçirilib. Mərasimdə yalnız doğmaları və yaxınları iştirak edib. Həmin zaman qəbiristanlığın ərazisi kənar şəxslər üçün bağlı olub.

Dəfn mərasimindən öncə Ostankino telemərkəzində Duqina ilə vida mərasimi keçirilib. Mərasimdə Rusiyanın dövlət nümayəndələri, deputatlar və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, jurnalist və politoloq Darya Duqinanın idarə etdiyi avtomobil avqustun 20-də axşam saatlarında Moskva vilayətinin Odintsovo rayonundakı Mojayskoye şossesində hərəkətdə olarkən yanıb. İstintaqın məlumatına görə, avtomobildə məsafədən idarə olunan partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayış baş verib.(APA)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 sen 2022, 09:44
Top